• SİYASƏT

    20:28 22 may 2019

Çinin xarici işlər naziri Azərbaycana gəlir - YENİLƏNİB

Çinin XİN rəhbəri Vanq Yinin Azərbaycana bu gün səfər edəcəyi gözlənilir.

ONA xəbər verir ki, nazir sabahdan etibarən rəsmi görüşlərə başlayacaq.

Onun Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla da görüşəcəyi bildirilir.

***

Saat 18:58

Çinin xarici işlər naziri Vanq Yi Azərbaycana səfər edəcək.

ONA-nın Çinin Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazir mayın 20-dən 27-nə kimi regionda səfərdə olacaq.

Nazir artıq Tacikistan və Qırğızıstana səfər edərək, Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin iclasına qatılıb. Sabah onun Gürcüstana səfəri başlayır. Nazirin proqramına Azərbaycan və Ermənistana səfər də daxildir.

Azərbaycana səfər xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti ilə gerçəkləşəcək.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR