• SİYASƏT

    20:05 2 may 2019

Corc Kent: "Bu, tək Azərbaycanın deyil, bütün qitənin enerji təhlükəsizliyini artırır"

Azərbaycanla ABŞ arasında iqtisadi sahədə əlaqələri inkişaf etdirmək üçün böyük imkanlar var.

ONA-nın məlumatına görə, bu sözləri ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kent deyib.

O bildirib ki, uzun müddət diqqət əsasən strateji enerji sahəsinə yönəlib: "Bir neçə böyük şirkətimiz burada SOCAR və Azərbaycanın digər firmaları ilə Xəzər dənizində neft və qaz yataqları, xüsusilə Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı işləyiblər. Bu, mükəmməl və çox ölkəni əhatə edən nəhəng layihədir. Bu layihə tək Azərbaycanın deyil, həm də Mərkəzi Asiya qazının Avropaya daşınmasına xidmət edir. Bu isə öz növbəsində tək Azərbaycanın deyil, bütün qitənin enerji təhlükəsizliyini artırır".

ABŞ rəsmisi bildirib ki, ölkəsi Cənub Qaz Dəhlizi və şərqlə qərbi birləşdirən dəmiryol xətti kimi layihələri dəstəkləyir. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycana, Avropa enerji təhlükəsizliyinə və Mərkəz Asiya ilə Azərbaycanın rabitəsinə töhfə verir. O, həmçinin Cənub və Şimal nəqliyyat dəhlizinə də toxunub: "Əslində hazırda biz ölkələri İranla əməkdaşlığa təşviq etmirik, xüsusilə o sahələrdə ki, bu ölkə ilə ticarətin dayandırılmasına səbəb olmur. İranın infrastrukturuna maliyyə qoyulması da təşviq etmədiyimiz bir məsələdir. Biz dünyanın daha çox iqtisadi cəhətdən dinamik ölkələrinin rabitəsinə fokuslanırıq. Hesab edirik ki, Şərq-Qərb rabitəsinin daha müsbət perspektivi var. Bu, enerji resursları və Avropa ilə Çin arasında ticarət mübadiləsi baxımından belədir. Bu ticarətin kiçik hissəsi belə Azərbaycan üçün böyük dövriyyə deməkdir".

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR