• SİYASƏT

    18:43 14 iyun 2023

Daha 22 ailə Laçına köçürülüb

Bu gün daha 22 ailə Laçına köçürülüb.

APA xəbər verir ki, 72 Laçın sakini mənzil başına çatıb.

Növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb.

Köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan məcburi köçkünlər arasından seçilib. Onlar Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşırlar.

Xatırladaq ki, bundan əvvəl Laçın şəhərinə 20 ailə, yəni 97 nəfər köçürülüb.

Daha 22 ailə Laçına köçürülüb - FOTO Daha 22 ailə Laçına köçürülüb - FOTO Daha 22 ailə Laçına köçürülüb - FOTO

ONA

Teqlər:

SON XƏBƏRLƏR