Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali qondarma “soyqırım” iddialarını ilə bağlı bəyanat yayıb.
APA bildirir ki, bəyanatda aşağıdakılar deyilir:
“24 aprel tarixində qondarma "soyqırım" iddialarına dair açıqlamaları üzüntü ilə izlədik. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına rəğmən, belə həssas bir mövzunu siyasiləşdirməyi doğru hesab etmirik. "Soyqırım" anlayışının həmin dövrün şərtləri altında həyata keçirilən köçürmə qərarı ilə eyniləşdirilməsi ağlasığmazdır. Lakin məsələ siyasətçilərin deyil, ilk növbədə tarixçilərin məsələsidir. Bu səbəbdən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, arxivlər açılmalı, beynəlxalq komissiya bu sənədlər üzərində işləməlidir. Türk Akademiyası olaraq, bu məqsədlə qurulacaq komissiya və elmi qurumlarda yer almağa və hər cür töhfə verməyə hazırıq”.