• SİYASƏT

    16:16 10 may 2019

Gürcüstanın baş naziri: "David Qareci məbədi ilə bağlı komissiya yaradılır" - YENİLƏNİB

Azərbaycan-Gürcüstan sərhədlərinin demarkasiyası üzrə komissiyanın ilk iclası gələn həftənin ikinci və ya üçüncü günü olacaq.

ONA-nın xəbərinə görə, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani məlumat verib.

Onun sözlərinə görə, komissiyanın Gürcüstan tərəfdən həmsədri xarici işlər nazirinin müavini Laşa Darsalia təyin edilib.

"Bu çox önəmli addımdır. Biz bilirik ki, bu, çox həssas məsələdir. Amma sərhədlərin demarkasiyası-delimitasiyası məsələsi bizim əsas strateji tərəfdaşımızla həyata keçirilir. Bu baxımdan bütün emosiyaları kənara qoyub, komissyaya normal şəraitdə işləyə bilməsi üçün fürsət verməliyik” - deyə David Zalkaliani bildirib.

* * *

Saat 15:27

Bu gündən David Qareci məbədi ilə bağlı komissiyanın yaradılmasına başlanıb.

ONA-nın Gürcüstan bürosunun “interpressnews” saytına istinadən verdiyi məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze hökumətin iclasından əvvəl keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, artıq razılaşma əldə olunub və komissiyanın yaradılmasına start verilib.

"Azərbaycan bizə dost ölkədir. Biz strateji tərəfdaşıq. Məsələ də bu ruhda həll ediləcək", - deyə baş nazir əlavə edib.

Komissiyanın Gürcüstan tərəfdən sədri bu ölkənin xarici işlər nazirinin müavini olacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR