• SİYASƏT

    13:13 5 mart 2019

Deputat: "Fəxrəddin Abbasovun həbsi başqalarına dərs olmalıdır"

“Bu günlərdə Azərbaycan dövlətinə xəyanət edən Fəxrəddin Abbasov hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı. Mən çox istərdim ki, xalqımız onu əli qandallı görsün. Lakin hələlik bu görüntülər yayımlanmayıb. Onun həbsi başqalarına dərs olmalıdır”.

ONA-nın xəbərinə görə, bunu Milli Məclisin bugünkü plenar iclasında Ombudsmanın 2018-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən casus şəbəkəsi ifşa edilib, lakin həmin şəxslərin hansı dövlətlərlə əməkdaşlıq etməsi barədə məlumat verilməyib: “Məntiq onu deyir ki, Azərbaycan qonşu dövlətlərlə münasibətini korlamamaq üçün bunları açıqlamır. Lakin dünya praktikasında bu belə deyil”.

Q. Həsənquliyev məhkəmələrdə mülki işlərin uzanması, habelə tikinti şirkətləri tərəfindən bir neçə mənzilin bir çox insan satılması problemlərinə diqqət çəkərək, bunlarla bağlı müvafiq təkliflərin hazırlanması təklif edib.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR