• SİYASƏT

    11:31 9 aprel 2020

Deputatlar tibb işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbçiləri ayaqüstə alqışlayıblar

“Prezident İlham Əliyev növbəti humanist addım atdı. Ölkə başçısının imzaladığı sərəncama əsasən, yaşı 65-dən yuxarı olan 176 məhkum əfv edildi”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.

S. Qafarova bildirib ki, ölkə və dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilən bu addım ilk növbədə Azərbaycan siyasətinin mərkəzində insana qayğının dayandığını göstərir: “Ölkəmizdə koronavirusla mübarizə çərçivəsində görülən bütün işlər ölkə başçısının diqqət mərkəzindədir. Bir neçə gün öncə prezident İlham Əliyev və Mehriban Əliyeva Sumqayıtda tibbi maska istehsal edən müəssisəsinin açılışında iştirak edib. Prezident İlham Əliyev 2 gün əvvəl modul tipli 6 xəstəxananın yaradılması ilə bağlı da 15 milyon manata yaxın vəsait ayırıb. İqtisadi böhrana yol verməmək üçün lazımi tədbirlər görülür. Orta və kiçik sahibkarlara şərait yaradılır. Aztəminatlı ailələrə yardım göstərilir. Bütün bu tədbirlərə görə Milli Məclis adından prezidentə təşəkkür edirəm. Tibb işçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər fədakarlıq edirlər. Xahiş edirəm onları ayaqüstə alqışlayaq”.

Daha sonra deputatlar onları ayaqüstə alqışlayıblar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR