• SİYASƏT

    10:29 30 yanvar 2020

Deputatlığa namizədliyini geri götürənlərin sayı 302 nəfərə çatıb

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

APA-nın Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən verdiyi məlumata görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 302 nəfəri deputatlığa namizədliyini geri götürüb.

Hazırda deputatlığa namizədlərin sayı 1335 nəfərdir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR