• SİYASƏT

    13:02 27 dekabr 2023

DİN: Yaşayış yeri üzrə qeydiyyatla bağlı "ASAN xidmət"ə müraciət edilə bilər

Vətəndaşlar yaşayış yeri üzrə qeydiyyat məsələləri ilə bağlı "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər.

ONA xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, qeydiyyat məsələləri ilə yanaşı, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə bağlı müraciətləri qəbul edilir, müəyyən edilən müddət ərzində sorğular cavablandırılır.

"Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların bütün müraciətləri diqqətdə saxlanılmaqla qanunamüvafiq tədbirlərin görülüməsi təmin edilir", məlumatda deyilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR