• SİYASƏT

    16:02 2 aprel 2019

Diplomatik korpus nümayəndələri Gəncəyə səfər edib

Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycandakı diplomatik nümayəndəliklərin təmsilçiləri, səfirlər və onların ailə üzvlərindən ibarət 70-ə yaxın nümayəndə Gəncə şəhərinə səfər edib.

ONA-nın məlumatına görə, səfərin məqsədi Azərbaycanın bölgələrinin sosial-iqtisadi inkişafı, turizm potensialı, turizm-xidmət sahələrinin müasir vəziyyəti ilə yaxından tanış olmaqdır. Qonaqlar Gəncədə Heydər Əliyev Park kompleksi ilə tanış olublar. Daha sonra onlar Gəncə Avtomobil Zavoduna baş çəkiblər, şəhərin gəzməli, görməli yerlərini, tarixi abidələri ziyarət ediblər. Ziyarətçilərə şəhərdə gedən abadlıq-quruculuq işləri və sosial-iqtisadi inkişafı barədə məlumat verilib.

Qeyd edək ki, bölgəyə səfər çərçivəsində diplomatlar iki gün ərzində Samux və Göygöl rayonlarına da gedəcəklər.

Fuad Nazimoğlu

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR