Yüksək rütbəli diplomatik mənbə Rusiyanın Avropa Şurasının baş katibi seçkilərindən sonra təşkilatdan çıxa biləcəyini söyləyib.
ONA-nın “İzvetiya”ya istinadən verdiyi məlumata görə, hazırda Rusiyanın təşkilatdakı gələcək taleyi ilə bağlı məsələ həll olunur.
“İyun ayında Avropa Şurasının baş katibinin seçiləcəyi sessiyası baş tutacaq. Əgər Rusiya seçkilərdə iştirak etməsə və hüquqları tam bərpa olunmasa, bu, Avropa Şurasında “dərin böhrana” yol açacaq. Rusiyanın təşkilatın sıralarını tərk edəcəyi də istisna olunmur", - deyə mənbə bildirib.