Azərbaycandakı diplomatik korpus rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri hazırda Gəncədə Ermənistan ordusunun raket atəşinə məruz qalmış ərazidədirlər.
APA-nın yerli bürosunun xəbərinə görə, onlar dağıntılar törədilmiş ərazidə müşahidə aparıblar. Qonaqlara hadisə haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, onları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Xatırladaq ki, oktyabrın 11-də Ermənistan ordusunun Gəncədə yaşayış ərazisini raket atəşinə tutması nəticəsində 9 mülki şəxs ölüb, 40-dan çox insan yaralanıb.