• SİYASƏT

    10:47 30 aprel 2019

Donald Tusk Şərq Tərəfdaşlığı ölkələrinin liderləri ilə görüşəcək

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk mayın 13-də Şərq Tərəfdaşlığı ölkələrinin liderləri ilə görüşəcək.

ONA-nın xəbərinə görə, görüş Şərq Tərəfdaşlığının 10-cu il dönümü münasibətilə Brüsseldə keçirilən tədbirlərin tərkib hissəsi olacaq.

Həmçinin mayın 13-də Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Şərq Tərəfdaşlığı ölkələrindən olan həmkarları ilə görüşlər keçirəcək. Mayın 14-də isə Avropa Komissiyasında yüksək səviyyəli konfrans keçiriləcək.

Şərq Tərəfdaşlığının 10-cu ildönümü ilə əlaqədar tədbirlər mayın 13-14-də Brüsseldə keçiriləcək.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR