Prezident İlham Əliyev “Dövlət Nəzarəti İnformasiya Sistemi”nin yaradılması haqqında fərman imzalayıb.
ONA xəbər verir ki, fərmana əsasən, “Dövlət Nəzarəti İnformasiya Sisteminin iş Qaydası” təsdiq edilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Dövlət Nəzarəti İnformasiya Sisteminin fəaliyyətini təmin etməli, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün əsas səmərəlilik göstəricilərini müəyyən etsin və qiymətləndirməni aparmalı, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Dövlət Nəzarəti İnformasiya Sisteminin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görməlidir.