Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə San-Marino Respublikasının yeni təyin edilmiş fəxri konsulu Rasim Qasımovu qəbul edib.
ONA Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı Rasim Qasımov fəxri konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib.
Görüşdə Azərbaycan ilə San-Marino arasındakı münasibətlərinin cari vəziyyəti barədə geniş fikir mübadiləsi aparılıb.