• SİYASƏT

    12:30 9 mart 2023

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu başlayıb, Prezident açılış mərasimində iştirak edib - VİDEO - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.

ONA xəbər verir ki, Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

Əvvəlcə xatirə fotosu çəkdirilib.

X Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin sözü dövlət başçısına verib.

Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib.

X X X

Sonra Latviya Respublikasının Prezidenti Egils Levits, Timor-Leste Demokratik Respublikasının Prezidenti Xose Ramos Horta, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos, BMT-nin Baş katibi yanında İİV-lə birgə Mübarizə Proqramının icraçı direktoru Vinni Byanima çıxış ediblər.

Daha sonra Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun videomüraciəti dinlənildi, həmçinin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunakın məktubları oxunub.

Sonda Latviyanın sabiq Prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike–Freyberqa çıxış edib.

X X X

Forum işini panel iclaslarla davam etdirəcək.

X X X

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.

Bu dəfə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.

Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

***

10.10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.

ONA xəbər verir ki, Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.

Əvvəlcə xatirə fotosu çəkdirilib.

Forumun açılışında çıxış edən NGBM-nin həmsədri İsmail Serageldin bildirib ki, bu gün ağır dövrdə yaşayırıq və dialoq, müzakirə vacibdir.

İsmail Serageldin ümumi məqsədlər uğrunda mübarizə aparmağı vacib sayıb: “Pandemiya dövründə milyonlarla insan həyatını itirdi. Bu gün çoxlu sayda insanlar aclıqdan əziyyət çəkir. Biz bu Forumda bu istiqamətdə müzakirə aparacağıq. Biz necə etməliyik ki, irəliyə doğru gedək. Biz bu məsələlər barədə çıxış yollarını müzakirə etmək üçün bura yığışmışıq”.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Forumda çıxış edib.

X X X

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.

Bu dəfə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.

Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu başlayıb, Prezident açılış mərasimində iştirak edib - YENİLƏNİB “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu başlayıb, Prezident açılış mərasimində iştirak edib - YENİLƏNİB “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu başlayıb, Prezident açılış mərasimində iştirak edib - YENİLƏNİB “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu başlayıb, Prezident açılış mərasimində iştirak edib - YENİLƏNİB “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu başlayıb, Prezident açılış mərasimində iştirak edib - YENİLƏNİB “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu başlayıb, Prezident açılış mərasimində iştirak edib - YENİLƏNİB “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu başlayıb, Prezident açılış mərasimində iştirak edib - YENİLƏNİB “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu başlayıb, Prezident açılış mərasimində iştirak edib - YENİLƏNİB “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu başlayıb, Prezident açılış mərasimində iştirak edib - YENİLƏNİB “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu başlayıb, Prezident açılış mərasimində iştirak edib - YENİLƏNİB “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu başlayıb, Prezident açılış mərasimində iştirak edib - YENİLƏNİB “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu başlayıb, Prezident açılış mərasimində iştirak edib - YENİLƏNİB “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu başlayıb, Prezident açılış mərasimində iştirak edib - YENİLƏNİB “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu başlayıb, Prezident açılış mərasimində iştirak edib - YENİLƏNİB “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu başlayıb, Prezident açılış mərasimində iştirak edib - YENİLƏNİB “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu başlayıb, Prezident açılış mərasimində iştirak edib - YENİLƏNİB

ONA

Teqlər:

SON XƏBƏRLƏR