• SİYASƏT

    06:25 22 yanvar 2020

Dünya İqtisadi Forumunun panel müzakirəsində Bakı Limanının əhəmiyyəti qeyd edilib

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda “Xəzər nəqliyyat dəhlizləri qlobal dəyişikliklər fonunda” panel müzakirəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nın baş direktoru Taleh Ziyadov çıxış edib.

QSC-dən APA-ya bildirilib ki, Taleh Ziyadov Bakı Limanının “Şərq–Qərb” nəqliyyat dəhlizində (Orta dəhliz) mühüm yer tutduğunu deyib.

Qeyd edilib ki, beynəlxalq logistika və nəqliyyat şirkətləri ilə əməkdaşlıq edərək Çinə və Mərkəzi Asiyaya daha çox yüklərin Venlo (Niderland) – İstanbul (Türkiyə) - Bakı Limanı (Azərbaycan) - Çin marşrutu ilə yollanması nəzərdə tutulub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR