Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin bu gün Türkiyədə vəfat edən həyat yoldaşı Həlimə Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Bu barədə APA-ya Həlimə Əliyevanın qardaşı Mirmöhsün Mahmudov məlumat verib.
Onun sözlərinə görə, 67 yaşlı bacısı Türkiyəyə əməliyyat və müalicə olunmaq üçün gedibmiş: "Hazırda cənazənin Azərbaycana gətirilməsi üçün hazırlıqlara başlamışıq".
***
13:49
Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva vəfat edib.
APA-nın xəbərinə görə, bu barədə sabiq baş nazir Pənah Hüseyn sosial şəbəkədə məlumat verib.
O bildirib ki, Həlimə Əliyeva Türkiyədə dünyasını dəyişib.