• SİYASƏT

    18:23 21 fevral 2019

Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün Prezident təqaüdü artırılıb

Əfqanıstanda həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Prezidentinin təqaüdü artırılıb.

Prezident İlham Əliyev “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” fərman imzalayıb.

ONA-nın məlumatına görə, fərmana əsasən, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri (valideynləri, dul arvadı) üçün ayda 300 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü müəyyən edilib.

İndiyə qədər bu təqaüdün məbləği 220 manat olub.

Prezidentin imzaladığı sərəncamla isə Əfqanıstanda müharibənin başa çatmasının 30 illiyi ilə əlaqədar Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin maddi-texniki bazasının gücləndirilməsi, habelə Birliyin fəaliyyətinin təkmilləşdirilməsi üçün cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manat ayrılıb.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR