• SİYASƏT

    16:57 5 mart 2019

Əfv Komissiyasının iclası keçirilib, 500-dən çox müraciətə baxılıb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

ONA-nın verdiyi xəbərə görə, iclasda 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə haqqında müsbət rəy verilib. İndiyədək keçirilən iclaslarda 500-dən çox müraciətə baxılıb.

Qeyd edək ki, komissiyaya 1000-dək müraciət daxil olub. İclaslar yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.

Xatırladaq ki, Novruz bayramı ərəfəsində əfv olacağı gözlənilir.

Teqlər:

SON XƏBƏRLƏR