• SİYASƏT

    18:43 2 sentyabr 2019

Əfv Məsələləri Komissiyasının yeni tərkibi müəyyənləşib

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibi müəyyənləşib.

ONA-nın xəbərinə görə, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamının 1-ci hissəsində dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvləri sırasından Ramil Usubovun adı Daxili işlər naziri Vilayət Eyvazov və Mədət Quliyevin adı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev sözləri ilə əvəz edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR