• SİYASƏT

    17:48 8 aprel 2019

Elçin Bağırov “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Elçin Bağırovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

ONA xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Elçin Tələt oğlu Bağırov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, fövqəladə və səlahiyyətli səfir E.Bağırov 25 mart 2004-cü ildən Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisidir. Bu gün onun 60 yaşı tamam olur.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR