"Azərbaycan Avropa İttifaqı (Aİ) ilə Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq edir və bu əməkdaşlığa böyük önəm verir".
ONA-nın xəbərinə görə, bunu Baş nazirin müavini Əli Əhmədov deyib.
Azərbaycanla Aİ arasında bir sıra məsələlərin müzakirə olunduğunu vurğulayan Ə. Əhmədov bildirib ki, Azərbaycan bütün beynəlxalq qurumlarla, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıdır.
"Birmənalı şəkildə istənilən əməkdaşlıqda Azərbaycanın maraqları nəzərə alınacaq. Azərbaycanın mənafeyinə hörmətlə yanaşan istənilən beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırıq", - Ə. Əhmədov qeyd edib.