• SİYASƏT

    14:46 22 iyul 2019

Əli Əhmədov: “Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunur”

“Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunur”.

ONA-nın xəbərinə görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda mətbuat sərbəst fəaliyyət göstərir, mətbuat üçün heç bir maneə yoxdur.

Baş Nazirin müavini bildirib ki, hazırda sosial şəbəkələr də informasiya vasitəsinə çevrilib və bu, informasiyanın operativ çatdırılması baxımından əhəmiyyət daşıyır: “Lakin bu zaman məsuliyyət məsələsi ortaya çıxır. Çünki sosial şəbəkələrdə doğru xəbərlərlə yanaşı, yanlış informasiyalar da yayılır. Sosial şəbəkələrdə sui-istifadə hallarına rast gəlinir. Bu isə cəmiyyətdə çaşqınlıq və narahatlıq yarada bilər”.

Ə. Əhmədov qeyd edib ki, zaman ötdükcə bu problem aradan qalxacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR