Əli Əhmədov: "Gəncədə qətlə yetirilən günahsız insanların qisası yerdə qalmamalıdır və qalmayacaq"
  • SİYASƏT

  • 12:35 11 Oktyabr 2020

Əli Əhmədov: "Gəncədə qətlə yetirilən günahsız insanların qisası yerdə qalmamalıdır və qalmayacaq"

"Gəncədə qətlə yetirilən günahsız insanların qisası yerdə qalmamalıdır və qalmayacaq”.

APA-nın məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov rəsmi "Facebook” səhifəsində etdiyi paylaşımda bildirib.

Baş nazirin müavini qeyd edib ki, Ermənistan ərazisindən atılan raketlə Gəncədə yaşayış binasının atəşə tutulması, çox sayda dinc sakinlərin qətlə yetirilməsi vandalizmin, vəhşiliyin son həddidir: "Humanitar məqsədlə cəbhədə atəşkəsin tətbiq edilməsi barədə razılaşmanın qüvvəyə minməsindən sonra erməni rəhbərliyinin belə vəhşiliyi, növbəti dəfə dinc insanların, uşaq və qadınların qatili olması hər cür nifrətə və lənətə layiqdir. Qoy dünya gözlərini açıb Azərbaycanın necə xəyanətkar, xain, insani hisslərdən uzaq düşmənlə üz-üzə dayandığını görsün. Başa düşsün ki, bu cür xislətə malik olanları cəzasız qoymaq, törətdiyi cinayətlərinə görə layiqli cəzasını verməmək insanlığa qarşı xəyanətdir. Verdiyi vədlərə xəyanət etmək, uşaq qətlləri törətmək erməni tərəfin həyat tərzi, mənəviyyatının ayrılmaz hissəsidir. Gəncədə törədilən erməni vəhşiliyi bunun bariz nümunəsidir. Vasitəçilər işğalçı Ermənistanın vandalizminə lazımi qiymət verməlidir”.

OXŞAR XƏBƏRLƏR