• SİYASƏT

    12:04 7 may 2019

Əli Həsənov: "Azərbaycanın türkdilli dövlətlərin informasiya dəstəyinə ehtiyacı var"

"Azərbaycanın türkdilli dövlətlərin informasiya dəstəyinə ehtiyacı var".

ONA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi regionun və dünyanın ən çətin həll olunan münaqişələrindən biridir: "Bu münaqişədə işğalçı və işğala məruz qalan tərəf var. Bizim türkdilli dövlətlərin informasiya dəstəyinə ehtiyacımız var".

Ə.Həsənov qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında informasiya sahəsində inteqrasiyanın gücləndirilməsi labüddür: "2016-cı ildə aprel döyüşləri zamanı Azərbaycanın informasiya dəstəyinə ehtiyacı var idi. Ermənilərin təxribatları, onların bölgədə həyata keçirdiyi işğalçılıq siyasəti, Azərbaycanın mədəniyyət və dini obyektlərini dağıtmasını regionda və dünyada nümayiş etdirilməsinə zərurət var idi. Buna görə də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər belə məqamlarda bir-birinə dəstək verməlidir".

Fərid

Teqlər:

SON XƏBƏRLƏR