Prezidentin Katibliyinin rəisi-Prezidentin köməkçisi postu ləğv edilib.
ONA xəbər verir ki, bu, Prezident İlham Əliyevin Prezident Administrasiyasının yeni strukturu barədə sərəncamında əksini tapıb.
Qeyd edək ki, Prezidentin Katibliyinin rəisi-Prezidentin köməkçisi Dilarə Seyidzadə olub.
Prezident İlham Əliyevin Prezident Administrasiyasının yeni strukturu barədə sərəncamına əsasən, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri postu da ləğv edilib. Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad olunub.