• SİYASƏT

    14:07 16 dekabr 2020

Elman Abdullayev Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi təyin olunub

Elman Telman oğlu Abdullayev Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib.

ONA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Elman Telman oğlu Abdullayev Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında, Keniya Respublikasında, Cibuti Respublikasında və Ruanda Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Afrika İttifaqı yanında və BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR