• SİYASƏT

    13:26 19 iyun 2019

Elmar Məmmədyarov ABŞ-a gedib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtonda səfərdədir.

ONA-nın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məlumat verib.

Qeyd edək ki, iyunun 20-də Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəçiliyi ilə Azərbaycan Xarici İşlər naziri E.Məmmədyarov ilə Ermənistanın XİN başçısı Zöhrab Mnasakanyan görüşəcəklər.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri ayrı-ayrılıqda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton, ABŞ dövlət katibinin müavini Con Sullivanla da görüş keçirəcəklər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR