• SİYASƏT

    21:26 19 iyun 2019

Elmar Məmmədyarov ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtona səfəri çərçivəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla görüşüb.

ONA-nın məlumatına görə, bu barədə XİN-in mətbuat katibi Leyla Abdullayeva öz "Twitter" səhifəsində yazıb.

Bildirilir ki, görüş zamanı intensiv məsləhətləşmələr, Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı vəziyyəti, substantiv əsasda danışıqların irəli aparılması yolları, regionda vəziyyət və bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılıb.

ABŞ və Azərbaycan arasında mövcud olan ikitərəfli siyasi gündəlikdə duran bir çox məsələlər, eləcə də iqtisadi əlaqələr və həyata keçirilən təşəbbüslər, enerji və nəqliyyat sahəsində rellaşdırılan layihələr, habelə Avropaya qaz təminatının şaxələndirilməsi üzrə əlavə imkanları tərəflər arasında müzakirə edilib.

Görüşdə, həmçinin geniş Yaxın Şərq bölgəsində mövcud olan vəziyyət, eləcə də qlobal gündəlikdə duran qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, sabah Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR