• SİYASƏT

    22:16 14 mart 2019

Elmar Məmmədyarov Argentinanın yeni səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Argentina Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunan səfirini Serxio Osvaldo Perez Qunellanı qəbul edib.

ONA-nın xəbərinə görə, görüşdə nazir Azərbaycanla Argentina arasında münasibətlərin inkişaf etdiyini qeyd edərək, gələcəkdə tərəflər arasında əməkdaşlığın daha da genişlənəcəyinə əmin olduğunu diqqətə çatdırıb.

Xüsusilə iqtisadi, ticarət və turizm kimi sahələrdə əlaqələrin irəli aparılması baxımından perspektivlər mövcud olduğu vurğulanıb.

Cari ilin oktyabr ayında keçiriləcək Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci sammitinə Argentina Respublikasını müşahidəçi qismində dəvət edildiyini vurğulayan nazir Elmar Məmmədyarov bu tədbirdə Argentina tərəfinin yüksək səviyyədə təmsil olunacağına ümidvar olduğunu qeyd edib.

Səfir Serxio Osvaldo Perez Qunella ölkəsinin bütün sahələrdə xüsusilə iqtisadi müstəvidə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ticarət əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov Argentina səfirinə diplomatik fəaliyyətində uğurlar arzu edib.

Səfir Serxio Osvaldo Perez Qunella etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR