• SİYASƏT

    16:42 4 mart 2019

Nazir: "Azərbaycan yeni yaradılan nəqliyyat dəhlizinə töhfə verməyə hazırdır"

Mən geniş bölgədə daha bir rəqabətli bağlantı olmasına yönəldilmiş "Xəzər dənizi - Qara dəniz beynəlxalq nəqliyyat marşrutu"nun dördtərəfli əməkdaşlıq şəklində inkişafına Azərbaycanın dəstək verdiyini təsdiqləmək və bu prosesə fəal töhfə verməyə hazır olduğumuzu bildirmək istərdim”.

Xarici İşlər Nazirliyindən ONA-ya verilən məlumata görə, bu sözləri nazir Elmar Məmmədyarovun Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan xarici işlər nazirlərinin "Xəzər dənizi – Qara dəniz beynəlxalq nəqliyyat marşrutu" üzrə Xüsusi yığıncağında çıxışı zaman deyib. Nazir bildirib ki, dördtərəfli işçi qrupunun yaradılması və ekspertlərin yol xəritəsini işləyib-hazırlaması nəticədə layihənin sürətlə həyata keçirilməsinə və tədricən onun səmərəli istismarını təmin etmək məqsədi ilə, çoxtərəfli razılaşmaya gətirib çıxaracaq: İnanıram ki, onun nəticələri nəqliyyat, tranzit və logistika sahəsində ölkələrimiz və digər maraqlı tərəflər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verə bilər. Ölkələrimizin əhatə etdiyi region müstəsna geostrateji əhəmiyyətə malikdir. O, təbii şəkildə Avropa və Asiya arasında körpü təşkil edərək, eyni zamanda, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin kəsişməsində yerləşən mühüm nəqliyyat qovşağıdır. Əməkdaşlığımızın təməlində ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin pozulmazlığına qarşılıqlı dəstək prinsipi durur”.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR