• SİYASƏT

    17:55 1 aprel 2019

Elmar Məmmədyarov Azərbaycanın Avstriyaya yeni təyin olunmuş fəxri konsulunu qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Avstriyaya yeni təyin olunmuş fəxri konsulu Mixael Haynritsi qəbul edib.

XİN mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, nazir Elmar Məmmədyarov Mixael Haynritsi Avstriya Respublikasının Zalsburq, Tirol və Forarlberq federal vilayətlərini əhatə etməklə Zalsburq şəhərində Azərbaycanın fəxri konsulu qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib.

Azərbaycan Prezidenti İlham Əliyevin Avstriyaya son işgüzar səfərinə toxunan nazir Elmar Məmmədyarov səfər çərçivəsində çox faydalı görüşlərin keçirildiyini diqqətə çatdırıb.

Öz növbəsində Azərbaycanı təmsil etməkdən məmnun olduğunu bildirən M.Haynrits Azərbaycan və Avstriya arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi məqsədilə, xüsusilə də qeyri-neft sektorunda əməkdaşlığın təşviq edilməsi istiqamətində davamlı fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.

Fəxri konsul fəaliyyəti dövründə iki ölkə arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR