• SİYASƏT

    22:06 26 fevral 2019

Elmar Məmmədyarov Belçikanın XİN başçısına Xocalı soyqırımı haqqında danışıb 

Cenevrəyə işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri üzrə naziri Didye Reynders ilə görüşüb.

ONA-nın Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanla Belçika arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyəti haqda fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesinin cari vəziyyəti haqqında həmsöhbətinə məlumat verib və bu gün 27-ci ildönümü anılan, Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımından bəhs edib.

Daha sonra tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR