• SİYASƏT

    13:20 14 may 2019

Elmar Məmmədyarov: “Avropa qaz bazarını əsas prioritetlərimizdən hesab edirik”

“Biz Avropa qaz bazarını əsas prioritetlərimizdən hesab edirik”.

ONA-nın məlumatına görə, bu sözləri Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə Şərq Tərəfdaşlığı proqramının 10 illiyi ilə bağlı yüksək səviyyəli konfransda “Vətəndaşla üçün konkret nəticələr əldə etmə yolunda nailiyyətlər və çağırışlar” adlı 1-ci panel iclasında çıxışı zamanı deyib.

O bildirib ki, bu layihə Aİ rəsmilərinin də dediyi kimi geostrateji layihədir: “Xəzərin Azərbaycan sektorunun qazının Avropaya daşınması istiqamətində işlər davam edir. TANAP layihəsi artıq istifadəyə verilib. Gələn il TAP layihəsi də başa çatdıqdan sonra 2020-ci ildə ilk qazın Avropaya çatdırılması nəzərdə tutulur. Lakin Cənubi Qaz Dəhlizi layihəsi hekayənin sonu deyil. Növbəti 10 ildə onun genişləndirməsi ilə Balkanlara qədər uzadılması düşünülür. Bunu birləşdiricilər, yoxsa boru xətləri vasitəsi ilə edilməsi istiqamətində danışıqlar gedir. Biz Aİ ilə bu istiqamətdə növbəti 10 illər üçün də danışıqlar aparmalıyıq.

Tərəfdaşlığımızın digər vacib sahəsi nəqliyyat birləşdiriciləridir. Azərbaycan şərqlə qərbi birləşdirəcək Bakı-Tbilisi-Qars dəmiryol xəttini istifadəyə verib. Cənubla Şimalı birləşdirəcək müxtəlif imkanlar üzərində də çalışırıq. Bu da əlaqələrimizin gələcəyi üşün gündəlikdə duran əsas məsələlərdən biridir. Bir gün Bakı sakini qatara oturaraq, bir neçə gün sonra Stokholmda ola bilər. Bu, insanlararası münasibətlərə ən böyük dəstəkdir”.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR