BMT İnsan Hüquqları Şurasının 40-cı iclası keçiriləcək. İclasın gündəliyinə birbaşa Azərbaycanla bağlı məsələ daxil edilməyəcək.
ONA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.
Onun sözlərinə görə, 25 fevral-22 mart tarixində keçiriləcək iclasda xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edəcək. Lakin səfərin dəqiq tarixi hələlik yoxdur.