• SİYASƏT

    16:32 26 fevral 2019

Elmar Məmmədyarov Cenevrədə indoneziyalı həmkarı ilə görüşüb

Cenevrəyə işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə görüşüb.

XİN-dən ONA-ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparılıb və siyasi münasibətlərin cari səviyyəsindən məmnunluq ifadə olunub. Eyni zamanda tərəflər beynəlxalq təşkilatlar, ələxüsus BMT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR