• SİYASƏT

    11:55 17 oktyabr 2019

Elmar Məmmədyarov: “Erməni həmkarımla Nyu-Yorkda keçirilən sonuncu görüşümüz məni məyus etdi”

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə erməni həmkarımla Nyu-Yorkda keçirilmiş sonuncu görüşümüz məni bir qədər məyus etdi”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov “İzvestiya” qəzetinə bildirib.

“Təəssüf ki, biz hazırda danışıqlardan yox, məhz görüşdən danışırıq. Yerevanla bir yerdə oturub hazırda masada olan sənəd əsasında danışıqlar aparmaq lazımdır”, - deyə nazir vurğulayıb.

E. Məmmədyarovun sözlərinə görə, irəliləyiş əldə etmək və münaqişəni siyasi yolla həll etmək üçün substantiv danışıqlara başlamaq lazımdır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR