• SİYASƏT

    18:36 7 mart 2019

Elmar Məmmədyarov Hindistanın Azərbaycana yeni təyin olunan səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın Azərbaycana yeni təyin olunan səfiri Bavitlunq Vanlalvavnanı qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, görüşdə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən infrastruktur layihələri haqqında məlumat verən E. Məmmədyarov Hindistan şirkətlərini həmin layihələrdən yararlanmağa dəvət edib.

Eyni zamanda tərəflər Azərbaycan və Hindistan arasında birbaşa hava əlaqəsinin yaradılmasının insanlararası təmasların daha da artmasına təkan verəcəyinə əminliklərini ifadə ediblər və bu xüsusda, qarşılıqlı turizm sərgilərinin keçirilməsinin zəruriliyi qeyd edilib.

Görüş zamanı beynəlxalq təşkilatlar, eləcə də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

B. Vanlalvavna etimadnaməsinin surətini nazir E. Məmmədyarova təqdim edb. Xarici işlər naziri Hindistanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR