• SİYASƏT

    00:09 3 mart 2019

XİN başçısı İslam əməkdaşlığından danışıb

İƏT Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov "Üzv dövlətlər arasında inkişafın təşviq edilməsində İƏT-in rolu" adlı konsepsiya sənədinin müzakirəsi ilə bağlı keçirilən iclasda iştirak edib.

ONA-nın xəbərinə görə, nazir Azərbaycanın konsepsiya sənədinə tam dəstək verdiyini bildirib. İƏT çərçivəsində iqtisadi əməkdaşlığa səmərəli və hərtərəfli yanaşmanın zəruriliyini vurğulayıb.

Həmçinin nazir Elmar Məmmədyarov İƏT-in fəaliyyətinin spesifik prioritetlərə əsaslanaraq aydın hədəflərə malik olmasını və təşkilatın potensialına, eləcə də insan və maliyyə resurslarına uyğun olmasını bildirib.

Daha sonra nazir Elmar Məmmədyarov Azərbaycanın İƏT çərçivəsində əməkdaşlığa böyük önəm verdiyini və təşkilatın səmərəliliyinin gücləndirilməsində maraqlı olduğunu xüsusilə qeyd edib.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional və regionlararası ticarətin genişlənməsini hədəfləmiş geniş miqyaslı nəqliyyat, enerji və İKT layihələri haqqında məlumat verən nazir Elmar Məmmədyarov İƏT-ə üzv dövlətləri Azərbaycanın təşəbbüs və layihələrindən yararlanmağa dəvət edib. Nazir bu layihələrin rifah gətirəcəyindən, ölkələr arasında dostluğu və əməkdaşlığı gücləndirəcəyindən əminliyini ifadə edib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR