• SİYASƏT

    00:15 7 mart 2019

Elmar Məmmədyarov İtaliyalı deputatı qəbul edib 

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədri, İtaliya Deputatlar Palatasında Xarici Əlaqələr Komissiyasının sədr müavini Paolo Qrimoldini qəbul edib.

ONA-nın xəbərinə görə, Bakıda ilk dəfə səfərdə olduğunu qeyd edən Paolo Qrimoldi Azərbaycan haqqında təəssüratları ilə bölüşdü və səfər çərçivəsində keçirilən görüşlərdən məmnunluğunu ifadə edib.

Görüşdə Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi, turizm və digər sahələrdə münasibətlərin hazırki vəziyyəti müzakirə edildi, xüsusilə enerji sahəsində əməkdaşlığın mövcud əlaqələrin inkişafına yeni təkan verəcəyi qeyd olunub. İkitərəfli əlaqələrin inkişafında Parlamentlərarası əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Aytən

Teqlər:

SON XƏBƏRLƏR