Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Luis Antonio Dimate Kardenası qəbul edib.
ONA xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və insanlararası təmasların artırılması məqsədilə tələbə-müəllim mübadiləsinin vacibliyi vurğulanıb.
Luis Antonio Dimate Kardenas ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Elmar Məmmədyarov səfir Luis Antonio Dimate Kardenasa diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.