Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov arasında telefon danışığı olub.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, nazirlər iki ölkədə koronavirusla bağlı vəziyyəti, COVID-19 virusunun yayılmasına qarşı atılan addımları müzakirə ediblər .