• SİYASƏT

    18:08 17 aprel 2019

Elmar Məmmədyarov: "Şərq tərəfdaşlığı" çox vacib və faydalı institutdur"

Aİ “Şərq tərəfdaşlığı” proqramı çox faydalı formatdır. Bu proqram illər əvvəl Polşa və İsveçin təşəbbüsü ilə yaradılıb”. ONA-nın məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Varşavada polşalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“İllərlə bu böyük təşəbbüsün içərisində olaraq deyə bilərəm ki, biz ən vacib dərslərdən birini aldıq. Bu odur ki, biz Aİ ilə bir-birimizi necə daha yaxşı anlaya bilməyin yolunu tapdıq. Bu çox vacib və faydalı institutdur. Biz hər zaman Brüssellə danışıqlarda bildiririk ki, bu birtərəfli uğur deyil. Bu təşəbbüs hər iki tərəf üçün faydalı olmalıdır. Gələn ay “Şərq tərəfdaşlığı” təşəbbüsünün 10 illiyi ilə bağlı sammit olacaq. Bu baxımdan bu tədbir növbəti 10 ildə əlaqələri necə daha da gücləndirmək üçün bir mərhələ olacaq”,- deyə nazir bildirib.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR