• SİYASƏT

    15:46 17 aprel 2019

Elmar Məmmədyarov Varşavada naməlum əsgərin abidəsini ziyarət edib

Polşada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Varşavada naməlum əsgərin abidəsini ziyarət edib və abidənin önünə əklil qoyub.

ONA-nın məlumatına görə, bu barədə Xarici İşlər Naziliyinin rəsmi Twitter səhifəsində məlumat verilib.

Qeyd edək ki, bundan öncə Elmar Məmmədyarov Polşanın xarici işlər naziri Yaçek Çaputoviçlə görüşüb.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR