• SİYASƏT

    15:44 4 aprel 2019

Elmar Məmmədyarov: "Yaydan əvvəl Aİ ilə tərəfdaşlıq proritetlərimizin tətbiqinə başlayacağıq"

“Aİ ilə Azərbaycan münasibətlərində yalnız imkanlar deyil, həm də çətinliklər var. Buna görə də bu yaxınlarda Təhlükəsizlik Dialoqunu da başlatmışıq”.

Xarici İşlər Nazirliyindən ONA-ya verilən məlumata görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclasında çıxışı zamanı deyib. O bildirib ki, qeyri-qanuni miqrasiya kimi məsələlər hamı üçün ciddi narahatlıq doğura bilər: “Burada xüsusilə nəzərə çatdırmaq istərdim ki, beynəlxalq hüquq prinsiplərinin davam edən pozuntusunun nəticələrinin aradan qaldırılması istiqamətində müvəffəqiyyətsizlik, habelə münaqişənin həlli kontekstində bu prinsiplərin yanlış təfsir olunması Avropa düzənini pozur. Hesab edirəm ki, əgər Avropa İttifaqı qonşuluq siyasətini inkişaf etdirirsə və regionda digər ölkələrə gəldikdə buna siyasi və maliyyə baxımından bu qədər çox sərmayə qoyursa onda əlbəttə ki, qaydalara əsaslanan bir yanaşma olmalıdır”.

Nazir bildirib ki, Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri üzrə nəyin vacib olduğuna dair qısa, lakin hərtərəfli sənəd mövcuddur: “Bu, prioritetlərdən bəhs edir. İndi bir intizam yaratmaq və onu həyata keçirmək lazımdır. Orada Azərbaycanın uzaqgörən yanaşması var. Biz bunun necə həyata keçirilməsi ilə bağlı ilkin təsəvvürümüzü Aİ ilə bölüşmüşük. Tezliklə mətnimizi sizinlə bölüşəcəyik və bu yaydan əvvəl praktiki cəhətdən tətbiqinə başlayacağımıza ümid edirik”.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR