• SİYASƏT

    17:09 25 fevral 2019

Elmar Məmmədyarov yeni nəqliyyat dəhlizi ilə bağlı tədbirdə iştirak edəcək

Xarici işlər naziri Elmar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə Xəzər dənizi və Qara dəniz regionunu birləşdirəcək yeni nəqliyyat dəhlizinə dair tədbirdə iştirak edəcək.

ONA-nın xəbərinə görə, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məlumat verib. Onun sözlərinə görə, martın 4-də keçiriləcək tədbirə Türkmənistan, Gürcüstan və Rumıniya xarici işlər nazirləri də qatılacaq. Bu, yeni nəqliyyat dəhlizi ilə bağlı ilk görüş olacaq.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR