Böyük Britaniyanın Amerika və Avropa məsələləri üzrə naziri, parlamentin üzvü Kristofer Pinçer və Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov arasında telefon danışığı olub.
APA-nın xəbərinə görə, Kristofer Pinçer bu barədə "Twitter" səhifəsində bildirib.
"Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla ticarət və enerji təhlükəsizliyi ilə bağlı əla söhbətimiz oldu. 2020-ci ildə Azərbaycana səfər edəcəyimə ümid edirəm", - deyə britaniyalı nazir bildirib.
Qeyd edək ki, bu, Britaniyada keçirilən ümumi seçkilərdən sonra yenidən eyni posta təyin olunan nazir Pinçerin digər bir XİN başçısı ilə ilk telefon müzakirəsidir.