Elmi müəssisələrin (təşkilatların) akkreditasiyası onların elmi fəaliyyətlərinin qiymətləndirilməsi əsasında ali attestasiya orqanı – Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən həyata keçiriləcək.
APA-nın məlumatına görə, bu, NazirlərKabinetinin müvafiq qərarı ilə təsdiq olunan “Elmi müəssisələrin akkreditasiyası Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.
İndiyə qədər Elmi müəssisələrin akkreditasiyası onların elmi fəaliyyətlərinin qiymətləndirilməsi əsasında elmi müəssisələrin akkreditasiyası qurumu - Akkreditasiya Komissiyası tərəfindən həyata keçirilirdi.
Eyni zamanda həmin qərarla “Elmi müəssisələrin akkreditasiyası qurumu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 dekabr tarixli 555 nömrəli Qərarı ləğv edilib.