• SİYASƏT

    17:53 14 oktyabr 2019

Ərdoğan: “Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, bir millətin iki diasporu olmaz”

“Özbəkistanın Türk Şurasına üzv olması təşkilatı daha da gücləndirib. Macarıstanın Türk Şurasında müşahidəçi statusu isə əhəmiyyətli qazancdır”. ONA xəbər verir ki, bunu Türk İş Şurasının Bakıda keçirilən iclasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Məqsədimiz tək bir qardaşımızın kənarda qalmadığı güclü bir təşkilatı təsis etməkdir”, - deyə Türkiyə Prezidenti bildirib.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkdilli Dövlətlərin iş adamlarını bir araya gətirmək üçün işlər aparılır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu da deyib ki, Türkiyə və Azərbaycan türkləri “Bir millət, iki dövlət” fikrini əldə rəhbər tutduqları təqdirdə, onların dəf edə bilməyəcəkləri maneə yoxdur: “Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, bir millətin iki diasporu olmaz. Türkiyə və Azərbaycan nə qədər güclü olarsa, xaricdəki soydaşlarımız bir o qədər güclü olar”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR